Daşkəsən sakinini qarət edənlər yaxalandı
    • 12-03-2019, 11:51
    • 797

Daşkəsən sakinini qarət edənlər yaxalandı

Paytaxtın Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin üzvləri polis əməkdaşları tərəfindən yaxalanıb.  

DİN Mətbuat Xidmətindən News24.Az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevin evinə gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək saxlanılmışlar.