-
- 12-03-2019, 12:33
- 1 822
Politoloq: "Nikol Paşinyanın Xankəndində olması açıq-aşkar təxribatdır"
“Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində olması açıq-aşkar təxribatdır”
Bunu News24.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın təklifi ilə Ermənistanın Təhlükəsizlik Şurası Xankəndində, Azərbaycan torpaqlarında toplanmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Nikol Paşinyan Xankəndində iclas çağırması müxalifətə - Qarabağ klanına, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan etməsidir:
“Nikol Paşinyanın Xankəndində olması açıq-aşkar təxribatdır. Azərbaycan Xarici İşlər Nazirliyi günlərdir həmsədlərin son bəyanatını tərifləməkdənsə başqa dövlətin təhlükəsizlik şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməlidir. Həmçinin bu təxribata görə birbaşa həmsədrlərdən izahat tələb etməlidir. Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir”.
Politoloq qeyd edib ki, Nikol Paşinyanın danışıqlar formatını dəyişdirməsi istəyi baş tutmamasını, Azərbaycanla yanaşı Avropa Birliyi və həmsədrlər də bunun əleyhinə çıxmasını böyük uğur kimi qələmə verməyin əleyhinədir:
“Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sərkisyan formatın dəyişdirilməsini tələb etmirdilər, məgər bunun danışıqlara müsbət təsiri var idimi? Paşinyan sadəcə bir az vaxtı uzatdı, danışıqlara qatılacaq, ancaq 25 ildəki kimi nəticə olmayacaq”.
Qeyd edək ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsini tələb edir.
Sevinc YASİNQIZI