KİV: Rusiyanın Yak-130 təyyarələri İrana gətirildi
    • 3-09-2023, 23:32
    • 171

KİV: Rusiyanın Yak-130 təyyarələri İrana gətirildi

Rusiyanın Yak-130 döyüş-təlim-məşq təyyarəsi İrana gətirilib.

News24.az xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb. 

Məlumata görə, Rusiyaya məxsus Yak-130 təyyarələri İrana gətirilib və milli hava qüvvələri ilə birgə fəaliyyətə başlayıb. Təyyarələr yeni nəsil təyyarələri idarə edəcək yeni pilotların hazırlanması üçün istifadə olunacaq.

İRNA İrana tədarük edilən təyyarələrin sayı barədə məlumat verməyib. Xəbər agentliyi əlavə edib ki, hakimiyyət Yak-130 təyyarələrinin ölkəyə gəlməsini hələ rəsmi şəkildə təsdiqləməyib.

Günəş Mərd