-
- 4-09-2023, 15:03
- 305
Sumqayıtda içib atasını döyən şəxsə HÖKM OXUNDU
Sumqayıt şəhər Məhkəməsində atasına xəsarət yetirməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Məhəmməd İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M. İsmayılov 7 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən yataqxanda baş verib.
M.İsmayılov ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı atası Novruz Həzi oğlu İsmayılovu vurub. M.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Samir Əli