Şirvan sakini qətlə yetirildi

Şirvan sakini qətlə yetirildi Hadisə

Şirvan sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan News24.az-a verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən  tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.