Hərbi vəzifəlilər ilə növbəti təlim TOPLANIŞINDA
    • 5-09-2023, 13:01
    • 238

Hərbi vəzifəlilər ilə növbəti təlim TOPLANIŞINDA

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən News24.az-a verilən xəbərə görə, təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.

Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.