Rusiya Qarabağda təhlükəsizlik qarantı rolunu oynayacaq - Kreml
    • 5-09-2023, 14:29
    • 656

Rusiya Qarabağda təhlükəsizlik qarantı rolunu oynayacaq - Kreml

Rusiya Cənubi Qafqaz regionunda, xüsusən də Qarabağda təhlükəsizlik və sabitliyin təminatçısı rolunu oynamaqda davam edəcək.

News24.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Rusiya bu regionda vəziyyətin sabitləşdirilməsi və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox mühüm rol oynamağa davam edir. Biz bu rolu davam etdirəcəyik”, - Peskov bildirib.

Onun sözlərinə görə, bu halda “bu regionun bütün müvafiq dövlətlərinin iki il əvvəl imzalanmış həmin üçtərəfli sazişlərə əməl etməsi çox vacibdir”.

“Məhz bu müqavilələrə sadiqlik uğurun açarıdır”, - o vurğulayıb. 

Akqabay