-
- 5-09-2023, 15:30
- 237
Tanınmış aparıcı təcili xəstəxanaya yerləşdirildi
Rus teleaparıcı və diktor Aza Lixitçenko təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, astma xəstəliyindən əziyyət çəkən teleaparıcı səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilməkdən imtina edib. Lakin səhhətində ciddi problemlər yarandıqdan sonra o, xəstəxanaya yerləşdirilib.
Hazırda o, reanimasiyadadır. Vəziyyəti ağırdır. Diktorun xroniki xəstəlikləri vəziyyətini daha da ağırlaşdırır.
Xatırladaq ki, Lixitçenko 1968-1993-cü illərdə işlədiyi “Vremya” informasiya proqramı ilə tanınıb.
Qumral