Məşhur türk aktyoru vəfat etdi
    • 5-09-2023, 18:27
    • 558

Məşhur türk aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru Mehmet Ulay 81 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Aktyor uzun müddətdir ağciyər xəçəngindən əziyyət çəkirmiş.Bildirilib ki, o, Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.

Tanınmış aktyor  “Küçük Besleme”, “Üvey Baba”, “Yarım Elma”, “Ezel”, “Arka Sıradakiler”, “Muhteşem Yüzyıl”, “Eşkiya Dünyaya Hükümdar Olmaz” kimi seriallarda oynayıb.

Aydan