Kiyevdə ard-arda partlayışlar oldu
    • 6-09-2023, 10:11
    • 331

Kiyevdə ard-arda partlayışlar oldu

Səhər saatlarında Kiyevdə beş partlayış olub.

News24.az TASS-a istinadən xəbər verir ki, iki saata yaxın hava hücumu xəbərdarlığı qüvvədə olub.

Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işlədiyi barədə xəbərdarlıq edib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Səhər tezdən Ukraynanın bütün bölgələrində hava hücumu təhlükəsi elan edilib. Partlayış səsləri Kiyevdən başqa Odessa vilayətində də eşidilib.

Qumral