Sürücülər arasında tütün əleyhinə kampaniya uğurla davam edir
    • 12-03-2019, 18:28
    • 693

Sürücülər arasında tütün əleyhinə kampaniya uğurla davam edir

Hazırda Bakı Nəqliyyat Agentliyinin nəzarətində olan daşıyıcılara məxsus avtobuslarda tütün məmulatından istifadə edən sürücülərin sayı azalmaqdadır”. 

News24.Az xəbər verir ki, agentlikdən verilən məlumata görə, artıq 1 aydır başlanılan tütün əleyhinə kampaniya uğurla davam edir:
“Bu da ictimai nəzarət və qınağınız sayəsində mümkün olub. İstərdik ki, bu kampaniyada daha da fəal iştirak edərək sükan arxasında tütün məmulatından istifadə edən sürücülərin sayının minimuma endirilməsində dəstək olunsun”.  

Agentlikdən qeyd olunub ki, bu qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən sükan arxasında tütün məmulatlarından istifadə edilməsi inzibati xəta kimi müəyyən edilərək, bu əmələ görə sürücülərin 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur:
“Bu hal ilə rastlaşan zaman sürücünün aydın şəkildə çəkilmiş fotosu, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsini 24 saatdan gec olmayaraq Bakı Nəqliyyat Agentliyinin [email protected] elektron ünvanına və ya facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə göndərməyiniz xahiş olunur”.