Müəllimlərin orta aylıq əməkhaqqı AÇIQLANDI
    • 6-09-2023, 16:43
    • 536

Müəllimlərin orta aylıq əməkhaqqı AÇIQLANDI

Elm və təhsil naziri müəllimlərin orta aylıq əməkhaqqını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev yeni tədris ili bağlı brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib:

"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu".

Qumral