Minik avtomobili yük maşını ilə toqquşdu
    • 6-09-2023, 17:53
    • 195

Minik avtomobili yük maşını ilə toqquşdu

Masallıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı rayonu ərazisində qeydə alınıb. "Tatra" markalı yük avtomobili ilə "Audi" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilin sürücüsü ağır xəsarət alıb. Xəsarət alan sürücü Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.