Məşhur aktrisanın əri öldü - FOTO
    • 13-03-2019, 10:34
    • 924

Məşhur aktrisanın əri öldü - FOTO

Türkiyənin məşhur aktrisası Demet Akbağ acı günlərini yaşayır.

News24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün Demet Akbağın həyat yoldaşı prodüser Zafer Çika yol qəzası keçirib. Xəstəxanaya gətirilən Zafer Çika müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. 

Maşını idarə edən sürücü isə sağ qalıb, hazırda müalicəsi davam etdirilir.
Zafer Çikanın ölüm xəbəri Türkiyənin mədəniyyət və incəsənət adamlarını sarsıdıb. Onların əksəriyyəti "Atamızı itirdik" - deyə, qeyd ediblər.
Prodüser Zafer Çika və aktrisa Demet Akbağ 1999-cu ildə Milanda evləniblər. Onların Ali adlı oğulları var.