Abşeron və Sumqayıtın əksər hissəsində qaz olmayacaq
    • 13-03-2019, 10:39
    • 917

Abşeron və Sumqayıtın əksər hissəsində qaz olmayacaq

Bu gün Sumqayıt və Abşeronun bir hissəsində qaz təchizatında məhdudiyyətlər olacaq. 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən News24.Az-a  məlumat verilib. Birlikdən bildirilib ki, Sumqayıt şəhəri 12-ci mikrorayon Koroğlu küçəsində yerləşən ərazidə məcburi köçkünlər üçün inşa edilən, 1088 mənzilli yaşayış kompleksinə çəkilən diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və "Qaradağ-Sumqayıt" magistral qaz kəmərinin 23-cü km-də aşkar olunan qaz sızmasının ləğvi ilə əlaqədar təmir işləri saat 10:00-dan tamamlananadək Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonu Xırdalan şəhəri, Ceyranbatan, Saray, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək, Çiçək, Müşviqabad və 28 May qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək”. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edilir.