-
- 7-09-2023, 14:49
- 199
Qəzaya düşən ailə üzvlərindən daha biri ÖLDÜ
Sentyabrın 1-də Siyəzən rayonu ərazisində xəsarət alan şəxslərdən biri vəfat edib.
News24.az APA-ya istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq Siyafət Əmirovanın həyatını xilas etmək mümkün olmayıb.
S.Əmirova qəzada dünyasının dəyişən Samir Əmirovun anasıdır.
Qeyd edək ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada ata və 3 yaşlı oğlu dünyasını dəyişmiş, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.