Aİ Ukraynaya ABŞ-dan ikiqat yardım vəd etdi
    • 7-09-2023, 16:36
    • 411

Aİ Ukraynaya ABŞ-dan ikiqat yardım vəd etdi

Avropa İttifaqı (Aİ) Ukraynaya ABŞ-ın ayırdığı yardımın iki qatını vəd edib. 

News24.az xəbər verir ki, bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutu (IfW Kiel) məlumat yayıb.

“Avropa Ukraynaya yardım vədləri ilə ABŞ-ı açıq-aşkar üstələdi, Avropanın ümumi öhdəlikləri indi iki dəfə yüksəkdir”, - institutun ekspertləri bildiriblər.

Onlar hesab edirlər ki, əsas səbəb Avropa İttifaqının ümumi dəyəri 50 milyard avro olan yeni Ukrayna fondu olub.

Ekspertlərin hesablamalarına görə, Aİ-yə üzv ölkələrin yardımının ümumi məbləği 130 milyard avroya çatıb. Eyni zamanda, Vaşinqtonun Kiyevə dəstəyi təxminən 70 milyard dollar təşkil edib.

Aynurə