-
- 7-09-2023, 20:02
- 407
"Azərpoçt"un adından bağlamalar satılır - XƏBƏRDARLIQ
Kiberdələduzlar sosial şəbəkələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ”Azərpoçt” MMC-nin adından “Azerpost” adlı saxta səhifə yaradaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5,50 manata satışa çıxarıb.
Bu barədə News24.az -a qurumdan məlumat verilib.
“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.