-
- 13-03-2019, 12:43
- 931
Deputat: "İşbazlar qiymətləri süni şəkildə qaldırır"
“Yaxın zamanlarda ölkədə məhsulların bahalaşması gözlənilmir”
Bunu News24.Az-a açıqlamasında Milli Məclisin iqtisadiyyat, siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, pensiyaların, sosial müavinətlərin artmasından sonra ərzaq məhsullarının bahalaşması olamayacaq:
“Pensiyaların, minumum yaşayış əmək haqqının artırılması bütövlükdə əhalinin sosial maddi rifahının gücləndirilməsi ilə bağlıdır. Ümumilikdə, iqtisadiyyata nəzər yetirsək, həm istehsalatın, həm də daxili məhsulun artdığının şahidi olarıq. Həmçinin, kənd təsərrüfatı istehsalında yüksək şəkildə artım var. Yeyinti məhsullarının idxalı isə azalır. Bu o deməkdir ki, bütövlükdə ölkə bazarında istehsalın həcminin artması bolluğa səbəb olur və rəqabətin səviyyəsini artırır. Bu cəhətdən qiymətlər bazar iqtisadiyyatı tərəfdəndə də fərqlənəcək. Süni şəkildə qiymətlərin artması ilə bağlı söz-söhbətin əsasını görmürəm. Çünki bazarda qiymətlər tələb və təklifə uyğun olaraq tənzimlənir. İstənilən halda, bu gün istehsalın artması qiymətin tənzimlənəcəyini deməyə əsas verir. Mən özüm də sosial şəbəkələrdə qiymət artımın olması ilə bağlı xəbərləri oxuyuram. Amma əksinə yazanlar da var. Yəni bahalığın olmamasını bildirirlər. Hazırda bayramla əlaqədar yeni yarmakalar yaradılıb. Həmin yarmakarlarda məhsulların bir çox hallarda adi bazar qiymətlərindən iki dəfə ucuz olması halları da var. Düşünürəm ki, bu gün bütövlükdə əmək haqqının artırılması ilə bəzi sahibkarların hansısa bir halda qeydə alınan qiymət artımının heç bir əlaqəsi yoxdur”.
Millət vəkili hazırda Azərbaycanda istehsalatın və ticarətin azad olduğunu bildirib:
“Şəxsi biznesin inkişafı ilə bağlı ölkədə çox ciddi yaradılan iqtisadi mühit var. Qiymətlərin tənzimləməsi ilə bağlı bu gün hər hansı qadağa qoymaq çox çətindir. Çünki biz bazar iqtisadiyyatındayıq. Hər bir insanın öz şəxsi mülkiyyətində istehsal etdiyi məhsulu istənilən qiymətə satmaq kimi bir hüququ var. Amma bununla yanaşı, qiymətlərin tənzimlənməsinin ən doğru yolu alternativ təkliflər, bazarda bolluq yaratmaq və istehsalın həcmini artırmaqdır. Dövlətin tədbirləri bu istiqamətdədir. Yarmarkaların açılması da bununla bağlıdır. İstehsalın həcminin artması, ölkədə milli istehsal məhsullarının bolluğu bazarda istər-istəməz qiymətlərin tənzimlənməsinə gətirib çıxardacaq. Amma işbazların hansısa şəkildə və ya qıtlıqdan istifadə edib, qiymətləri suni şəkildə qaldırılması ilə bağlı ölkənin müvafiq iqtisadi strukturları monitorinq aparır. Bir çox hallarda bunun qarşını almağa nail olurlar”.
Sevinc YASİNQIZI