Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edildi
    • 8-09-2023, 10:59
    • 163

Ukraynanın bütün ərazisində hava xəbərdarlığı elan edildi

Ukrayna hakimiyyəti ölkənin əksər bölgələrində, o cümlədən Kiyevdə hava həyəcanı elan edib. 

News24.az xəbər verir ki, bu barədə məlumat Dövlətin Rəqəmsal Transformasiya Nazirliyi tərəfindən hazırlanmış əhalinin xəbərdar edilməsi üçün onlayn xəritədə qeyd olunub. 

Daxil olan məlumata görə, paytaxt və Kiyev vilayətinin sakinlərinə mümkün təhlükə barədə xəbərdarlıq edilib. Sumi, Çerniqov, Xarkov, Dnepropetrovsk, Poltava, Jitomir və Vinnitsa vilayətlərində də sirenlər işə düşüb.

Eyni zamanda, Çerkassı vilayətində və Xerson və Zaporojye vilayətlərinin Kiyev hakimiyyətinin nəzarətində olan hissələrində hava xəbərdarlığı elan edilib.

Qeyd edək ki, sentyabrın 8-də səhər saatlarında Ukrayna hökumətinin nəzarətində olan Zaporojye şəhərində partlayışın baş verdiyi bildirilir. Bir neçə saat əvvəl ölkənin şimal-şərqindəki Sumi şəhərində baş verən partlayışla bağlı məlumat yayılıb.

Qumral