Üç icra başçısı müavini işdən ÇIXARILDI
    • 8-09-2023, 14:48
    • 1 211

Üç icra başçısı müavini işdən ÇIXARILDI

Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Zeynalzadə vəzifəsindən azad olunub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Eyni zamanda, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev də vəzifəsindən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb.

xxx

11:44

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova işdən çıxarılıb.

News24.az xəbər verir ki, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.