Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq
    • 8-09-2023, 17:22
    • 294

Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq

Peşə təhsili müəssisələrində “Dayə” ixtisası tədris olunacaq.

News24.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə “Kommersiya” ixtisas qrupuna “Dayə” ixtisası əlavə edilib.

Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin təklifinə əsasən belə qərar qəbul edib.