Naxçıvanda motosiklet avtomobilə çırpıldı
    • 8-09-2023, 18:16
    • 157

Naxçıvanda motosiklet avtomobilə çırpıldı

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçəsində baş verib. Belə ki, sürətlə hərəkət edən motosiklet avtomobilə çırpılıb. Nəticədə, motosikletin sürücüsü, Naxçıvan şəhər sakini 1985-ci il təvəllüdlü Həsənov Taleh Kərim oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.