-
- 11-09-2023, 12:26
- 679
Nazir Rüfət Həsənovu işdən ÇIXARDI
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.
News24.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən News.24.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiqləyib.
"Bəli, məlumatı təsdiqləyirik. Rüfət müəllim öz ərizəsi ilə işdən gedib, işdən çıxarılmayıb. ", - nazirlikdən qeyd olunub.
Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.