Keçmiş gəlinindən Mətanətə -
    • 11-09-2023, 14:51
    • 594

Keçmiş gəlinindən Mətanətə - "Məni heyvanla müqayisə etməsin"

"Balalarımı ala bilmək üçün Ali məhkəmədə bütün mülklərdən imtina etdim. Hazırda da mənə ev vermirlər. Kirayələrdə yaşayıram. Buna görə də, övladlarımı yanıma gətirə bilmirəm".

News24.az olay-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Tarix Əliyevin aparıcısı olduğu "Tarixin bir günü" verilişində deyib.

O, keçmiş qayınanası ilə yaşadığı qalmaqal barədə bunları deyib: "21 il onun gəlini olmuşam. Əgər pis idimsə niyə bu vaxta qədər çıxıb demirdi? Bilmirəm hansı xəyanətdən danışır".

"Bu qədər söz-söhbətin olmasına baxmayaraq, yenə də Mətanət xanıma hörmətlə yanaşıram. Övladlarımın nənəsidir. Amma məni təhqir etməsin. Məni heyvanla müqayisə etməsin. Nə İlham Mirzəyevin, nə də Mətanət xanımın məni müzakirə etməyə haqqı yoxdur. Keçmişlərinə baxsınlar" - deyə Canana bildirib.