Bakıda piyadanı öldürən sürücüyə hökm oxundu
    • 11-09-2023, 15:59
    • 251

Bakıda piyadanı öldürən sürücüyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Şamil Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə  o, 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

 Ş.Eyvazov idarə etdiyi avtomobillə piyada zolağını keççmək istəyərkən Nurəddin Məmmədlini vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. 

Hadisədən sonra təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Samir Əli