48 yaşlı kişi ilə sevgili olan Aysel Əlizadədən...
    • 14-03-2019, 11:03
    • 4 221

48 yaşlı kişi ilə sevgili olan Aysel Əlizadədən...

Xoşqədəm Baxşəliyevanın aparıcılığı ilə “Xəzər TV”-də yayımlanan “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı şok ittiham irəli sürülüb.

News24.az xəbər verir ki, Turanə adlı xanım verilişə gələrək A.Əlizadənin onun 48 yaşlı həyat yoldaşı ilə sevgili olduğunu və 13 illik ailəsini dağıtdığını bildirib.

O, ifaçının “Porsche” markalı avtomobilinin də həyat yoldaşı tərəfindən ifaçıya hədiyyə olunduğunu bildirib.

Qeyd edək ki, Aysel Əlizadənin sevgilisi olduğu iddia edilən şəxsin adı Elçindir və onun ifaçıya hədiyyə etdiyi avtomobilin nömrəsində də onların adlarının baş hərfləri qeyd olunub.

Aysel Əlizadə məsələ ilə bağlı paylaşım edərək sadəcə “Allaha həvalə edirəm” sözlərini yazmaqla kifayətlənib.