-
- 14-03-2019, 12:01
- 1 314
Bu il dollara olan tələb çoxalacaq
“2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub”. Bunu News24.az-a iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb: “Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4 % çoxdur. Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satıb. 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub. Dollara tələbin artmasınn əsas səbəbi dövlət xərclərinin artması dollara olan tələbi yüksəldir. Bu ilin yanvar ayından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu ötən ilin yanvar ayı ilə müqayisədə 30 faiz çoxdur. Adətən yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir”.
Vüqar Bayramov qeyd edib ki, dollara olan tələbin yüksəlməsinə baxmayaraq, bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb: “Çünki daha çox biznesin dollara olan tələbi ödənilib. Həmçinin, neft bazarındakı kəskin sıçrayışlar fonunda xüsusən yanvar ayında dollar yığımlarının artması müşühidə olunub”. Ekspert əlavə edib ki, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq bu il dollara tələbin yüksək olacağı gözlənilir: “Bununla belə, yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
Sevinc YASİNQIZI