AZAL-dan sərnişinlərə ÇAĞIRIŞ
    • 12-09-2023, 16:20
    • 602

AZAL-dan sərnişinlərə ÇAĞIRIŞ

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildirilib.

Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir.

Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qarşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.

AZAL-ın rəsmi saytından Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə edilməsi ilə bağlı əlavə məlumatı: www.youtu.be/9PiPTkNkBSU linkinə daxil olmaqla əldə etmək olar.

Sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 Vatsap nömrəsi vasitəsilə Çağrı mərkəzinə müraciət edə bilərlər.