Daha bir vəzifəli şəxs işdən ÇIXARILDI
    • 12-09-2023, 17:14
    • 409

Daha bir vəzifəli şəxs işdən ÇIXARILDI

Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı sərəncam imzalanıb. Sərəncama əsasən, təhsil şöbəsinin müdiri Baba Əliyev işdən azad olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov da bu gün vəzifəsindən azad edilib.