-
- 14-03-2019, 15:18
- 2 074
Qurban Yetirmişli: "İrəlidə hiss olunan təkanlar olacaq"
“Əvvəlcədən Şamaxıda zəif də olsa zəlzələnin olacağını bildirmişdim”.
Bunu News24.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib:
“Bu, zəif zəlzələdir. İrəlidə baş verəcək zəif zəlzələlərin içərisində hiss olunan təkanlar da olacaq. Qorxulu bir şey yoxdur. Çünki üç bal heç nədir. Bunu hamı hiss etməyəcək”.
Qurban Yetirmişli qeyd edib ki, Şamaxıda güclü zəlzələnin olması gözlənilmir:
“Şamaxıda hər gün zəif təkanlar olur. Bu gecə də iki, üç dəfə zəif təkan olub. Amma güclü zəlzələnin olması gözlənilmir”.
Sevinc YASİNQIZI