Şəmkirdə itkin düşən 13 yaşlı qız tapıldı
    • 13-09-2023, 23:39
    • 406

Şəmkirdə itkin düşən 13 yaşlı qız tapıldı

Şəmkir rayon Dəllər-Cəyir kənd sakini olan 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.

News24.az  "Report”a istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü F.M-in yeri müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, o, sentyabrın 10-da yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşmüşdü.