"Səfirliyə hücumla bağlı cinayət işi NƏZARƏTİMDƏDİR" - İranın Baş prokuroru
    • 14-09-2023, 11:57
    • 234

"Səfirliyə hücumla bağlı cinayət işi NƏZARƏTİMDƏDİR" - İranın Baş prokuroru

"Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib".

News.24.az-ın "Report"a istinadən xəbərinə görə,  bunu İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşündə deyib.

O, əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu qeyd edib.

İranın Baş prokuroru səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.