-
- 14-09-2023, 14:14
- 415
Polşada “vampir oğlan”ın skeleti TAPILDI - FOTO
Polşanın Pen kəndindəki qəbiristanlıqda aparılan qazıntılar zamanı arxeoloqlar 17-ci əsrdə yaşamış 5-7 yaşlı uşağın qeyri-adi məzarını aşkar ediblər. Təəccüblü olan odur ki, uşağı üzüaşağı basdırıblar, ayağının barmağına zəncir vurublar, boynuna isə oraq qoyublar. Bütün bunlar bu uşağı vampir hesab edən kənd sakinlərinin mövhumatı ilə bağlı fərziyyələrə əsas verir.
News24.az xəbər verir ki, qazıntılara rəhbərlik edən Nikolay Kopernik Universitetinin arxeologiya professoru Dariuş Polinski deyib ki, bu uşaq xəstə və ya başqalarından fərqli olub.
"Ola bilsin ki, oğlan xüsusi olaraq onun bəzi xüsusiyyətlərinə görə öldürülüb. Bundan əlavə, onun ölümü qəfil ola bilərdi və orta əsrlərdə qəfil ölüm insanlar tərəfindən şeytani bir şey kimi qəbul edilirdi”.
Aynurə