"Son 4 ildə əmək müqavilələrinin sayı artıb" - Nazir
    • 14-09-2023, 14:16
    • 308

"Son 4 ildə əmək müqavilələrinin sayı artıb" - Nazir

Azərbaycanda 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350 888, qeyri-neft sektorunun özəl bölməsində isə 331 018 artıb.

News24.az  xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsi hesabında yazıb.

"Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38,5 %-dən 49,7 %-ə çatıb", - deyə nazir qeyd edib.