Nura Surinin "Azərişıq"a şikayəti: "İnsanlar əziyyət çəkir"

Nura Surinin "Azərişıq"a şikayəti: "İnsanlar əziyyət çəkir" Şou
Müğənni Nura Suri "Azərişıq" ASC-nin Qusar Elektrik Şəbəkəsindən şikayətlənib. 

Hər zaman sosial problemləri işıqlandıran ifaçı Qusara elektrik enerjisinin verilişində hələ də problemlərin yaşandığını bildirib:

"Prezidentin göstərişinə əsasən, Azərbaycanda işıq (elektrik) problemi aradan qaldırılmalı idi. Amma əfsuslar olsun ki, bölgələrdə hələ də problemlər mövcuddur.

Qusarda gündə 5-6 dəfə işıq kəsilir. Camaatın elektrik avadanlıqları sıradan çıxır. Verilən elektrik 220 vatt olmadığından (ya az, ya da çox) insanlar əziyyət çəkir. İki əlaqə nömrəsinə isə cavab verən yoxdur".

Teymur Məmmədov