Deputatın sürücülük hüququ məhdudlaşdırıla bilər - SƏBƏB
    • 14-09-2023, 16:41
    • 411

Deputatın sürücülük hüququ məhdudlaşdırıla bilər - SƏBƏB

Milli Məclisin deputatı Anatoliy Rafailovun sürücülük hüququ məhdudlaşdırıla bilər. 

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb deputatın yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməsi və buna görə kəsilən cəriməni ödməməsidir. 

Deputat cəriməni ödəmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə protokol tərtib olunub. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Bu maddəyə əsasən, inzibati xətanı törədən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Qeyd edək ki, Anatoliy Rafailov 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.