Səhiyyə Nazirliyi son aylar dispanzerizasiyadan keçənlərin siyahısı açıqlayıb
    • 14-03-2019, 16:59
    • 847

Səhiyyə Nazirliyi son aylar dispanzerizasiyadan keçənlərin siyahısı açıqlayıb

12.02.2019-cu il tarixindən - 12.03.2019-cu il tarixinədək ölkə üzrə ümumilikdə 1947274 ölkə vətəndaşı icbari dispanzerizasiyadan keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bunlardan 926744-ü kişi, 1020530-u qadındır.
Məlumatda əlavə olaraq, bildirilir: 
”Müayinələr zamanı ümumilikdə 2932 nəfərdə infeksiyon, 879 nəfərdə yenitörəmələr, 5075 nəfərdə qanyaradıcı xəstəliklər, 5026 nəfərdə endokrin və s xəstəliklər aşkarlanıb. Bundan əlavə, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib”.
Nazirlikdən qeyd edilib ki, aşkarlanmaların nəticəsi olaraq 19810 nəfər dispanser qeydiyyata götürülüb. Bundan başqa, 36092 nəfər sağlamlaşdırılıb, 7389 hospitalizə olunub, 623503 nəfər isə əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.