Əhaliyə xəbərdarlıq: Balığı hər yerdən almayın - SOS
    • 14-03-2019, 17:16
    • 935

Əhaliyə xəbərdarlıq: Balığı hər yerdən almayın - SOS

“Hazırda bazarlarda balıqlar insanların zəhərlənməsinə şərait yaradan şəkildə satılır”. 

Bunu News24.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, qida üzrə ekspert Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, balıqlar buzlaşdırılmış yerlərdə satılmalıdır:
“Balıq və göbələk insanların təlabatı olan məhsullardır. Amma bu məhsullar təlabatlı olmaqla yanaşı, son dərəcə qorxuludur. İnsanların zəhərlənməsini təmin edən ən riskli məhsullardır. Ona görə də balıqlar yalnız buzlaşdırılmış yerlərdə saxalanılmalı və satılmalıdır. Bunun üçün buzlaşdırılmış soyuducular olur. İstehlakçı məhsula toxuna bilir. Dünyanın Portuqaliya, Cənubi Afrika və digər ölkələrin balıq bazarlarında olmuşam. Təzə balığın satılması səhər saat 7-dən 11-ə kimi olur. Yəni balıq dənizdən çıxarılıb satılır. Bu satış Türkiyədə də həyata keçirilir. Balıqlar bir necə saat ərzində satılıb qurtarılır. Amma saxlanılan balıqlar buzlu yerdə olmalıdır. Məsələn,bizdə “Yaşıl” bazarda olan balıq satışı yeri tam qaydalara uyğundur”.  

Eyyub Hüseynov Kənd Təsərüffatı Nazirliyinin Nizami küçəsində açdığı yarmarkada balıqların heç bir gigiyenik qaydalara əməl edilmədən satıldığının şahidi olduğunu qeyd edib:
“Üç gün öncə yarmarkada heç bir soyuducu olmadan balıqların açıq şəkildə satıldığını gördüm. Həmin zamanda Qida Təhlükəsizliyi Agnetliyinin üç nümayəndəsinin isə həmin ərazidə çay içməsinin şahidi oldum. Onlara balıqların satış yerini göstərdim. Mən söylədikdən sonra yarmarkada satılan balıqlar yığışdırıldı.  Bu cür anormal hallar çoxdur. Harda və necə gəldi balıq satılır. Bu da insanların zəhərlənməsinə gətirib çıxarır. Agentlik bu məsələləri təcili şəkildə həll etməlidir”. Qida eksperti əlavə edib ki, süni şəkildə yetişdirilən balıqlara antibiotik verilir: “Adətən suda satılan balıqlar təhlükəsiz olur. Amma yenə də onlar süni şəkildə saxlanılan balıqlardır. Yaxşı olardı ki, agentlik monitorinqlər aparsın. Çünki süni şəkildə yetişdirilən balıqlara antibiotiklər verilir. Baytarlıq dərmanının qalıqlarını onun ətində olub-olmamasını müəyyənləşdirdikdən sonra satışa çıxarılsın. Amma 90 faiz hallarda bu yoxlanılmır”.

Sevinc YASİNQIZI