Zelenski Baydenlə GÖRÜŞƏ BİLƏR
    • 14-09-2023, 23:50
    • 138

Zelenski Baydenlə GÖRÜŞƏ BİLƏR

Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası üçün ABŞ-a səfər edərkən ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə "NBC" kanalı məlumat yayıb. 

“Volodimir Zelenski gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasına getməyi və prezident Co Baydenlə görüşməyi planlaşdırır”, - nəşr yazır.

Hazırda prezidentlərin görüşünün dəqiq harada keçiriləcəyi məlum deyil. Görüş Nyu-Yorkda  və ya Vaşinqtonda Ağ Evdə baş tuta bilər .

Günəş Mərd