Putin Paşinyanın zənginə cavab VERMƏDİ
    • 15-09-2023, 11:54
    • 289

Putin Paşinyanın zənginə cavab VERMƏDİ

“Nikol Paşinyan qeyri-müəyyən şəkildə əmin etdi ki, o, Putinlə daimi təmasdadır. Putin həmçinin bildirib ki, Paşinyandan məktub alıb. Hökumətdəki mənbələrimizə görə, Paşinyan Putinə zəng edib, lakin Kremldə ona cavab verilməyib. Bundan sonra o, Rusiya Prezidentinə geniş məktub göndərib və Putin bunu Vladivostok forumunda bildirib”.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Hakimiyyətə yaxın mənbə deyir ki, Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onları Rusiyaya qarşı olmadıqlarına inandırıb. Və Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb”, - nəşr qeyd edib.

Akqabay