Azərbaycanda fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazı
    • 14-03-2019, 18:00
    • 1 095

Azərbaycanda fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazı

Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Dövlət Komitəsindən News24.az-a verilən məlumata görə, bununla bağlı “kütləvi çıxarış”, “əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir. Lakin bir çox hallarda vətəndaşlar tərəfindən  kənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və  çətinliklər yaranır.
Digər tərəfdən vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq əmlaklarının qeydiyyata alması ilə bağlı  müraciət etmirlər.
Hazırda Azərbaycan Respublikasının Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Komitə tərəfindən  özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcək.

Eyni zamanda ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılmış və davam etdirilir.