Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTO
    • 15-09-2023, 19:57
    • 240

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTO

Sentyabrın 15-də Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

News24.az  xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb. Görüş zamanı Əhməd İsmayılov müasir informasiya şəraitində mütəxəssislərin hazırlanmasında media təhsilinin mühüm əhəmiyyət kəsb etdiyini, təcrübi biliklərin artırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda, ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədilə MEDİA könüllüləri proqramını həyata keçirir.