-
- 15-09-2023, 20:40
- 678
Kreditlərin 97 faizi banklar tərəfindən verilib
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2023-cü il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artaraq, milli valyuta ekvivalentində 22 milyard 41,9 milyon manat təşkil edib.
News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ümumi kredit portfelinin 18 milyard 326,0 milyon manatı və ya 83,1 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,0 faizi banklar, 3,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 25,3 faiz azalaraq 494,7 milyon manat olmuş və ümumi kredit portfelinin 2,2 faizini təşkil edib.