Həkimlər infarkt keçirdiyini açıqladı
    • 16-09-2023, 15:28
    • 588

Həkimlər infarkt keçirdiyini açıqladı

Xəbər verdiyimiz kimi, rusiyalı müğənni və bəstəkar İqor Nikolaev xəstəxanalıq olub.

News24.az  axşam.az-a istinadən xəbər verir ki, 63 yaşlı Nikolayevin infarkt keçirdiyi bildirilib. Həkimlər onun vəziyyətini təcili stabilləşdirməyə çalışırlar.

İfaçının ürəyinin fəaliyyətinin pozulduğu bildirilib. Hazırda Nikolayev huşsuz vəziyyətdədir və ona sakitləşdirici dərmanlar verilir. Hətta ən yaxın qohumlar belə onu görmək üçün otağa buraxılmır.

Qeyd edək ki, yanvarın 31-də də Nikolayevin infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi və reanimasiya şöbəsində olduğu barədə məlumat yayılmışdı.