Məhsa Əmininin ölümünün 1-ci ildönümündə İRANDA GƏRGİNLİK
    • 16-09-2023, 19:04
    • 187

Məhsa Əmininin ölümünün 1-ci ildönümündə İRANDA GƏRGİNLİK

Ötən il Tehranda hicab qaydalarına əməl etmədiyi üçün saxlanılaraq dünyasını dəyişən gənc qız Məhsa Əmininin ölümünün birinci ildönümündə İranda gərginlik artıb.

News24.az İran KİV-ə istinadən xəbər verir ki, Kürdüstan əyalətinin qubernator müavini Mehdi Ramazani, Merivan və Bane şəhərlərində təhlükəsizlik və kəşfiyyat qüvvələri tərəfindən bölgədə təhlükəsizliksizlik yaratmağı planlaşdıran qruplara qarşı əməliyyat keçirildiyini bildirib. 

Ramazani əməliyyatlar zamanı saxlanılan şəxslərdən xeyli miqdarda silah və sursatın ələ keçirildiyini qeyd edib. 

Əməliyyat zamanı, saxlanılan şəxslərin rejim əleyhdarı, terror qruplaşmalarına bağlı olduqları, lakin hansı təşkilatla bağlı olduqları barədə məlumat verilməyib. 

Digər tərəfdən müxalif xəbər mənbələri Mahsa Aminin ölümünün ildönümündə atası Emced Aminin Kürdüstan vilayətinin Sakkiz şəhərindəki evindən çıxarkən saxlanıldığını iddia edib.

İranın rəsmi agentliyi isə İRNA mövzu ilə bağlı xəbərlərində bu iddianı təkzib edərək, Əmininin atası və ailəsinin Sakkiz şəhərindəki evlərində olduğunu və onun nəzarətə götürülmədiyini açıqlayıb. 

Günəş Mərd