Bu gün Qobustana işıq fasilələrlə veriləcək
    • 15-03-2019, 10:17
    • 590

Bu gün Qobustana işıq fasilələrlə veriləcək

Qaradağ ETSİ-nin xidmət ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında yenidənqurma işləri aparılır.

“Azərişıq” ASC-dən News24.az-a verilən məlumata görə, yenidənqurma işlərilə əlaqədar Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Nigar MƏMMƏDLİ