-
- 18-09-2023, 00:13
- 267
Hakan Fidan irlandiyalı həmkarı ilə GÖRÜŞDÜ
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda İrlandiyanın xarici işlər naziri Micheal Martin ilə görüşüb.
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu Hakan Fidanın BMT Baş Assambleyası çərçivəsində ilk ikitərəfli görüşü olub.
Görüş zamanı ikitərəfli əlaqələr və qarşılıqlı yüksək səviyyəli səfərlər, Qara Dəniz Taxıl Təşəbbüsü, Kipr problemi ilə bağlı son irəliləyişlər, Türkiyə-Avropa İttifaqı münasibətləri müzakirə edilib.