BQXK-nin avtomobilləri Xankəndi istiqamətinə - HƏRƏKƏT EDİR

BQXK-nin avtomobilləri Xankəndi istiqamətinə - HƏRƏKƏT EDİR Hadisə

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndi istiqamətinə hərəkət edir.

News24.az Report-a istinadən xəbər verir ki,  BQXK-yə məxsus avtomobillər (2 minik və 1 yük) Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər.

Avtomobillərin içərisindəki yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.