"Putinin hamımızı qırmağa haqqı var" - PODOLYAK DANIŞIQLARDAN İMTİNA ETDİ
    • 18-09-2023, 10:00
    • 165

"Putinin hamımızı qırmağa haqqı var" - PODOLYAK DANIŞIQLARDAN İMTİNA ETDİ

“Putinin yeganə ideyası Ukraynanın dağıdılmasıdır, o, yalnız qoşunlarını gücləndirmək, fasilə əldə etmək üçün danışıqlardan bəhs edir”.

News24.az xəbər verir ki, bunu “FREEDOM” telekanalında Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, bu barədə Putinin açıqlamasına münasibət bildirərkən danışıb. 

 “Nə haqqında danışıqlar? Bir nəfər başqasının ərazisinə girərək insanları öldürüb. Onunla nə barədə danışıqlar aparmaq lazımdır? Hansı dünya? Xeyr, söhbət sülhdən getmir. O, təslim olmağı təklif edir: "Siz etiraf etməlisiniz ki, mən sizin xalqınızı düzgün şəkildə öldürdüm, ümumiyyətlə, burada hamınızı qırmağa haqqım var." Bu barədə onunla danışmalıyam? – Podolyak deyib.

Podolyakın sözlərinə görə, Rusiya ilə danışıqlar yalnız Haaqada aparıla bilər: “Beynəlxalq ictimaiyyətin bunu anlamasının vaxtı çatıb”.

Xatırladaq ki, Putn bundan öncə açıqlamasında qeyd edib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. 

Ayşən